İstanbulda yerləşən altı mərtəbəli “Skalion Otel"də yanğın baş verib.
Oxu.Az Hürriyet.com-a istinadən xəbər verir ki, hotelin üst mərtəbələrində olan müştərilər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Ümumilikdə hoteldən 35 nəfər təxliyə edilib. Yanğın söndürüldükdən sonra 3 nəfərin cəsədi aşkarlanıb.
Tüstüdən zəhərlənən bir nəfər xəstəxanaya yerləşdirilib.
Hotelin üç əməkdaşı hadisə ilə bağlı göz altına alınıb.
S.S.
www.oxu.az