Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda təhlükəli küçə: Hər an qəza ola bilər
Paytaxtda yerləşən Bayraq (Musabəyov) parkının yanından Zərdabi küçəsi istiqamətində hərəkət etmək istəyən sürücülər Zərdabi küçəsindən gələn nəqliyyat vasitələrinə yaşıl işıq yanana qədər yolda sıxışıb qalırlar.
Bu da son anda qəza şəraitinin yaranmasına səbəb olur. Hərəkət problemi Mirəli Seyidov küçəsindən Bayraq parkının kənarından keçərək, Mətbuat prospekti, Haqverdiyev və Zərdabi küçələrinə çıxış edən yol ayrıcında baş verir. Bu nöqtədə hərəkətin təşkilindəki nöqsanlar və bəzi sürücülərin təcrübəsizliyi problemlərə yol açır.
Əsas problem yuxarıdan gələn nəqliyyat vasitələrinin sola dönməsi zamanı ortaya çıxır.
Zərdabi küçəsində hərəkət edənlər üçün yaşıl işıq yananda, bu istiqamətdən gələnlər yolun ortasında sıxışıb qalırlar. Digər problem isə Zərdabi küçəsində sürücülərin bir neçə zolaq yaratmasıdır.
Eyni zamanda, Mətbuat prospekti istiqamətində hərəkət edənlər də bu iki zolaqdakı sürücülərin hərəkətini təkrarlayırlar. Hərəkətin düzgün təşkilinə görə, sağa dönənlər yalnız nişan tələblərinə uyğun davranmalıdırlar.
İşıqforun tələbləri isə onlara aid deyil.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Məşhur yəhudi qardaşlar bir-birinə niyə qənim kəsildilər? - "Warner Bros."un sirləri
- Xronika: "Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq"
- Azərbaycanın ali təhsili qlobal əmək bazarının tələblərinə cavab verirmi?
- Xronika: "Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi"
- "İldırım" təşkilatı haqqında sənədli film: Repressiya qurbanlarının övladları DANIŞDILAR