Azərbaycan Diplomatiya Akademiyasının tələbələri, “The Right Way” komandasının üzvləri Bakının əsas problemlərindən birini – yol hərəkəti qaydalarının pozulması ilə bağlı layihə hazırlayıblar.
Oxu.Az xəbər verir ki, tələbələrin bildirdiyinə görə, layihə çərçivəsində cəmiyyətin diqqətini piyadalar və sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət olunmayan Yasamal rayonunda “İnşaatçılar” metrosu yaxınlığında Abbas Mirzə Şərifzadə küçəsinə yönləndirmək istəyiblər.
Tələbələr müəyyən ediblər ki, bu küçədə daimi tıxacların səbəbi taksi sürücülərinin avtobus dayanacaqlarında qanunsuz park etmələri və piyadalar tərəfindən yeraltı keçidlərdən istifadə etməmələridir, belə ki, onlar küçənin hərəkət hissəsindən keçməyə alışıblar.
Bundan sonra onlar Bakı Yol Polisi ilə birlikdə “İnşaatçılar” metrosunun yanında aksiya keçiriblər – insanlardan piyada keçidindən istifadə etməyi xahiş ediblər, avtobus dayanacaqlarını park edən taksilərdən təmizləyiblər. Nəticəni çox gözləmək lazım gəlmədi – tıxaclar yox oldu və Şərifzadə küçəsində hərəkət daha sürətli və rahat oldu. Tələbələr əmindirlər ki, məsuliyyətli yanaşma nəticəsində bu qəbildən olan şəhər problemlərin sayı sürətlə azalacaq.