Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda Türk Şəhidlər xiyabanının girişində yerləşən lövhənin sındırılması ilə bağı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, BŞİH-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, lövhə sındırılmayıb, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Ola bilər ki, lövhə küləyin təsirindən sınıb. Burada qəsdən sındırılmadan söhbət gedə bilməz. Məsələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinə məlumat verilib. Səfirliyin nümayəndələri gəlib lövhəyə baxış keçiriblər. Təmirdən sonra lövhə yerinə qoyulacaq. Burada narahatedici məqam yoxdur”.
E.Ə.
www.oxu.az