Bakıda 4 ay əvvəl yanıq xəsarəti almış körpə xəstəxanada vəfat edib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində 2015-ci il təvəllüdlü Ömər Quliyevin üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb.
Hadisə bu il mayın 20-də baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş körpə sentyabrın 24-də dünyasını dəyişib.
E.Ə.
www.oxu.az