Bakıda Dağ Yəhudiləri Dini İcmasına 500 kvadrat metr torpaq sahəsi ayrılacaq.
Oxu.Az-a Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının Mətbuat Xidmətinin Katibi Murad Salmanov qeyd edib ki, Dini İcma bununla bağlı prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Məlumata görə, ayrılacaq 500 kvadrat metr torpaq sahəsində mikva (pak hamam), Sukot (bayram çadırı) qurbanlıq heyvan kəsimi üçün yer, dünyasını dəyişənlərin torpağa tapşırılması üçün lazım olan hazırlıq tədbirlərinin görülməsi (cənazənin yuyulması və kəfənlənməsi üçün) mərasim zalı, Kasher (halal qida) yeməkxana Kasher yarım fabrikatların hazırlanması ve realizasiyası, Bar Mitzva, Bat Mitzva, Brit Mila və Xupa və digər şənlik tədbirlərinin keçirilməsi üçün zal xaricdən gələn qonaqların yerləşdirilməsi üçün misafirxana (Yəhudi dini qaydalarına əsasən) inşa olunacaq.
İcmadan bildiriblər ki, belə bir kompleksin inşası Azərbaycandakı bütün yəhudi diasporu üçün əlamətdar hadisə olacaq.