Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakının mərkəzi küçələrində tıxac var - SİYAHI
Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:
Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə sıxlıq müşahidə olunur.
Alı Mustafayev küçəsi (köməkçi yol) - (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıqdır.
Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.
Qeyd: Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra - əsas yolda) 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlığın əsas iki səbəbi var:
1) Nəqliyyat vasitələrinin çoxluğu;
2) Nəqliyyat vasitələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra üç zolaqlı yoldan yol ötürücüsünün üzərinə doğru iki zolaqlı yola daxil olması (yol-nəqliyyat hadisəsi olmadığı vaxtlarda).
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal Abşeron"
- "ASAN xidmət" hansı tətil günlərində işləyəcək?
- Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Ülvi Mehdiyev: "Vətəndaşın sualı cavabsız qalmamalıdır"