Bakının mərkəzində, 28 may küçəsində qeyri-adi hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, əvvəlcə şəhərdaxili avtobusun qarşısını kəsən, əqli cəhətdən qüsurları olduğu güman edilən şəxs sonradan yoldan keçən qadına hücum çəkir.
Kişi qadının əlindəki çantanı dartıb almağa çalışır.
Bu zaman qadının köməyinə gələn gənclər onu həmin şəxsin əlindən xilas edirlər.