Tanınmış müğənni Yaqub Zurufçu toylarla bağlı maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Zurufçu Aznews.az- müsahibəsində bunları deyib:
“Biri toyda mənə əliylə işarə edib, “ə, bura gəl” desə, dözə bilmərəm: Kim olur-olsun, onun qulağının dibinə elə vuraram ki, gözü ovcunun içinə düşər”.
Müğənni əlavə edib ki, sənətkar toya getməz:
“Sənətkarın toyda nə işi? Sən ürək qoyub oxuyursan, bir də baxırsan, orada biri içib özünü idarə edə bilmir, böyürür, gic-gic hərəkətlər edir. Belə adamın qarşısında mən oxuyaram? Dünyasında oxumaram. Nəyimə lazım? O pulu mən balama yedirmərəm. Sənətkar gərək, özünə qiymət versin”.