Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakının mərkəzində qırılan ağac ərazidən götürüldü
"Bakının Xətai rayonunun Yavər Səfərov küçəsində qırılan ağac ərazidən götürülüb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Birliyindən verilib.
"Qırılıb yolun hərəkət hissəsinə düşən ağacla bağlı problem əməkdaşlarımız tərəfindən aradan qaldırılıb. Artıq yol açıqdır", - deyə məlumatda bildirilir.
Bakının Xətai rayonunda irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yavər Səfərov küçəsində qeydə alınıb.
Qırılıb yolun hərəkət hissəsinə düşən ağac avtomobillərin hərəkətinə mane olur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova