Gürcüstandan Azərbaycana gələn turist vəfat edib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, oktyabrın 5-də Bakıya gələn Gürcüstan vətəndaşı, 1982-ci il təvəllüdlü Zurab Kaçarava qəfildən ölüb.
Onun meyiti kirayədə yaşadığı Badamdar qəsəbəsindəki evdən tapılıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.
E.Ə.
www.oxu.az