Balakəndə keçmiş məhkum intihar edib.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1979-cu il təvəllüdlü Cavid Cirac oğlu Papaxovun meyiti kənd ərazisində yardımçı tikilinin çardağında asılı vəziyyətdə aşkar edilib.
38 yaşlı Cavid Papaxovun intihar etməsinin səbəbi məlum deyil.
Qeyd olunur ki, tüfeyli həyat tərzi keçirən C.Papaxov əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
S.B.
www.oxu.az