Bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017”nin biletlərinin qiyməti açıqlanıb.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, qiymətlər 20-100 avro arasında dəyişir.
Müsabiqənin VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro olacaq.
Biletlərin gələn həftədən satışa çıxarılacağı bildirilir.
Xatırladaq ki, “Eurovision 2017”nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də, final gecəsi isə mayın 13-də keçiriləcək.
Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8 nömrə altında çıxış edəcək.
S.B.
www.oxu.az