Bazar ertəsi, fevralın 6-da, İsrail aviasiyası və artilleriyası Qəzza zolağına zərbələr endirib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə İsrail ordusunun məlumatında deyilir.
İtkilər barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından buraxılan raket İsrailin Aşkelon şəhəri yaxınlığında düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti “Həmas” təşkilatının üzərinə qoyub.
S.B.
www.oxu.az