Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ](https://images.oxu.az/2024/12/29/VhnHFgOyxo2xKLvSY2oAzrSp4OppAevkEvkWkf0n:1200.jpg)
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ
"Bayramla əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələrinin sahiblərinin və sürücülərin asudə vaxtının çox olması nəzərə alınaraq, avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Bildirilib ki, bununla yanaşı, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq xidmət göstərəcək:
"Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək, istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Sürücülərin nəzərinə: Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
- Yol polisindən meteohəssas sürücülərə MÜRACİƏT
- BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT EDİB
- Şahdağ yolunda "Hummer" AŞDI
Rəylər