Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda hansı hallarda ovçuluq biletinə imtina verilə bilər? - QƏRAR
Azərbaycanda ovçuluq biletinə imtina verilməsi halları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarına dəyişiklikdə əskini tapıb.
Dəyişikliyə əsasən, ovçuluq biletinə ərizəçinin 18 yaşı tamam olmadıqda, məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda, ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda imtina verilir.
Bundan başqa, ərizəçiyə ovçuluğun minimum üzrə sınağından keçmədikdə, ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə, heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda bilet verilmir.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək - İqtisadçıdan AÇIQLAMA
- Məqsədli proqramların həyata keçirilməsi qaydası təsdiq olunub
- Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
- Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənib
- Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub
Rəylər