Avqustun 25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Avqustun 25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq.
Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.