Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, fevralın 5-dən 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur".
Rəylər