Azərbaycanda “Sağlam həyat tərzi. Xromosomlarda gen mutasiyaları və aradan qaldırılma yolları” adlı layihə həyata keçirilib.
Oxu.Az-ın məlumatına görə, layihənin məqsədi gənclərə genetika sahəsində ilkin biliklərin ötürülməsi, genetik mutasiyalar nəticəsində əmələ gələn xəstəliklər və onların aradan qaldırılması yolları barədə maarifləndirmədən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşan layihə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb, 5 nömrəli tam orta məktəb, 247 nömrəli tam orta məktəb, Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə keçirilib.
Layihə bütün məktəblərdə uğurla həyata keçirilib. Məktəb kollektivlərinin marağına səbəb olub.
Məktəblilərə UTGDİB-nin icraçı direktoru Bəxtimşah Tağıyeva tərəfindən sertifikatlar təqdim edilib.
Z.Q.
www.oxu.az