Bakı Beynəlxalq Avtovağzalında uşaqlar üçün Yeni il şənliyi təşkil olunub.
Oxu.Az xəbər verir ki, şənlikdə müxtəlif yaşda uşaqlar iştirak ediblər.
Uşaqlar Yeni il şənliyindən böyük zövq alıblar. Şaxta Baba və Qar qızın gəlişi isə tədbirə daha da rəng qatıb.
Şənlikdə uşaqlara xüsusi hədiyyələr paylanılıb.
Bir neçə saat davam edən şənlikdə uşaqlara sevinc bəxş edilib.
S.B.
Foto: Nüsrət Abdullayev
www.oxu.az