Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beynəlxalq axtarışa verilmiş 7 şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs Azərbaycana ekstradisiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Səid Azər oğlu Əliyev, Artur Şair oğlu Orucov, Emil Əhliman oğlu Əliyev, Zaur Əhməd oğlu Dehqani, Nahid Rasim oğlu Səfərli, Ədil Natiq oğlu Mikayıllı və Elmir İmamverdi oğlu Məmmədovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Alpay Məmməd və Bəşir Süleymanlı HƏBS EDİLDİLƏR
- Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı