Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Maştağa qəsəbəsində mənzillərə verilən qazın təzyiqi ilə bağlı sakinlərdən NARAZILIQ](https://images.oxu.az/2025/02/12/3N8tTBGptcM3OzSqWawRJx6Z7J6f8XR4FIArE6mj:1200.webp)
Maştağa qəsəbəsində mənzillərə verilən qazın təzyiqi ilə bağlı sakinlərdən NARAZILIQ
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində mənzillərə verilən qazın tez-tez artıb-azalması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, Seyid Əzim Şirvani küçəsi, 31 ünvanında 15 gündən çoxdur ki, sakinlər qazın kəsilməsi ilə bağlı çətinliklərlə üzləşirlər.
Onların sözlərinə görə, gün ərzində mənzillərə verilən qazın təzyiqinin balanslı olmaması təhlükəli vəziyyətin yaranmasına səbəb olur:
"Qaz açıq olanda baxırıq ki, təzyiq azalıb, bəzən isə tamamilə sönür. Birdən qazın təzyiqi artanda, sönülü vəziyyətdə olduğunu görməsək, hər an qəza baş verə bilər."
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Aygün Mirakif
"Azəriqaz İstehsalat Birliyi" teqi üzrə xəbərlər
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Sumqayıt və Bakının bəzi ərazilərində qaz olmayacaq
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ