Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bəzi ali təhsil müəssisələri növbəti beş il müddətinə institusional akkreditasiyadan keçəcəklər
"Cari ildə TKTA tərəfindən ali təhsil müəssisələrində institusional akkreditasiya keçirilib".
Oxu.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2024-cü il üzrə TKTA tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib:
"Qrafikə uyğun olaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU), institusional akkreditasiya qiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (ADİU Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub.
Sözügedən ATM-lərdən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq, növbəti beş il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti iki il üçün uzadılması, həmçinin bir ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub".
"2024-cü təqvim ilinin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçirilən institusional akkreditasiya üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir", - T.Əhmədov vurğulayıb.
Mərahim Nəsib
"Təhsildə Keyfiyyət Təminatı Agentliyi" teqi üzrə xəbərlər
- Xarici kvalifikasiyaların tanınması üçün müraciətlərin sayı: Mindən çox adama imtina edilib
- Distant təhsil üzrə diplomlar tanınacaq?
- Üç ali məktəbdə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram təkrar akkreditasiyadan keçiriləcək
- TKTA sədri: "Dövlət Proqramı çərçivəsində ikili diplom proqramlarının akkreditasiyası keçirilib"
- Tural Əhmədov: "TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib"
Rəylər