Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bəzi ərazilərdə leysan olacaq, Kür çayında suyun səviyyəsi qalxacaq - XƏBƏRDARLIQ
Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar