İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərlə bağlı məlumat açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş vermiş hadisədə xəsarət alan iki nəfər (kişi) oktyabrın 19-da saat 20:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri diaqnozları təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1989-cu il təvəllüdlü pasiyentin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 1996-cı il təvəllüdlü pasiyent göstərilən reanimasya tədbirlərinə cavab verməyib və oktyabrın 19-da saat 22:10 -da onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib", - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
Bəhramtəpə-Biləsuvar yolunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, sürücü isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində yolun İmişli rayonunun Qızılkənd kəndi ərazisindən keçən 54-cü kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin, sürücünün həmyerlisi, 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyəti isə orta ağır qiymətləndirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət və ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarının pozulması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hadisədən nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və sükan arxasında məsuliyyətsiz davranışın ağır nəticələrə səbəb ola biləcəyini unutmamağa çağırıb.
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsində dünyasını dəyişən İmişli rayon sakini, 1996-cı il təvəllüdlü Elnur Rüstəmovun fotosu yayılıb.
Oxu.Az onun şəklini təqdim edir.
Qeyd edək ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya