Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun ilk oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində təmsilçimiz "Sabah" klubu Bakıda Almaniyanın "Borrusiya Dortmund" klubunu qəbul edəcək.
Azərbaycanda azarkeşlər "Sabah" - "Borussiya Dortmund" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmalarında "Fənərbağça" İstanbulda Çexiyanın "Slaviya Praqa" klubu ilə, PSJ isə Fransa İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq.
Azarkeşlər "Fənərbağça" - "Slaviya Praqa" oyununu Bakı vaxtı ilə saat 20:45-də, PSJ - "Barselona" qarşılaşmasını isə Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.
UEFA Çempionlar Liqası
III tur
20 oktyabr
20:45, "Sabah" - "Borussiya Dortmund" (İctimai TV);
20:45, "Fənərbağça" - "Slaviya Praqa" ("CBC Sport" TV);
23:00, PSJ - "Barselona" ("CBC Sport" TV).