Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Biləsuvarda qan davasının TƏFƏRRÜATI
Biləsuvarda gənc oğlan mikroavtobusda bıçaqlanıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Aranlı kəndində qeyə alınıb.
Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə 19 yaşlı Vadər Həmidlini bıçaqlamaqda şübhəli bilinir. Zərərçəkən Vadərin anasının iddiasına görə, hadisə qisas zəminində törədilib.
Bıçaq xəsarəti alan yaralı Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxanla Vadər yaxın qohumdurlar. Vadər Həmidlinin atası Cavid Həmidov bir müddət öncə bacısının həyat yoldaşı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- 23 il əvvəl Şeyx Şamilin büstünü partladan ömürlük məhkum qardaşlar yenidən məhkəməyə üz tutdular
- Nərimanovda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanıldılar
- Ağcabədidə ödəmə terminalından 10 min manat oğurlanıb
- Plastik cərrahların NƏZƏRİNƏ: Sənəd qəbulu dayandırılacaq
- DİN saxta paylaşımlarla bağlı XƏBƏRDARLIQ ETDİ
Rəylər