Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Binamızın qarşısındakı ağacları qurd basıb, baxan yoxdur" - ŞİKAYƏT
Bakının Nəsimi rayonunda, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 46 ünvanını qurd basıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
"Binamızın qarşısındakı ağacları qurd basıb. Çöldə gəzə bilmirik, uşaqları həyətə buraxmağa qorxuruq. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, amma gəlib baxan və maraqlanan yoxdur", - deyə sakin qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı tədbir görülüb.
"Bir neçə gün bundan əvvəl Nəsimi rayonu ərazisində ağacları qurd basması qeydə alınıb. Həmin məsələ ilə bağlı birliyin əməkdaşları 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində olublar və həmin ağaclar artıq dezinfeksiya edilib", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
- Göygölün Üçtəpə kəndində YOL PROBLEMİ: "Uşaqlar ayaqlarına sellofan geyinirlər"
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR