Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
14 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası. Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun günahı təsdiqini taparsa, o uzun müddət həyata dəmir barmaqlıqlar arasından baxacaq.
Yeddi ailə evsiz qaldı. Binəqədidə yanğın zamanı zərərçəkən məcburi köçkünlərə hansı yardımlar ediləcək? Aidiyyəti qurumun açıqlaması Baku News-da.
Salyan bazarlarında balıq məhsullarının qiyməti artdı. Qiymətlərin ikiqat bahalaşmasının səbəbi nədir?
İcbari tibbi sığorta xidməti aprelin 1-dən işə başlayır. Agentlik vətəndaşlara göstəriləcək xidmətləri açıqladı.
Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: