Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib - FAKTİKİ HAVA 23.06.2024
Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi altı, Viləşçayda iki, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda üç, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda bir, Həkəriçayda isə dörd santimetr artım müşahidə olunub.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib.
"Hazırda çayda azalma müşahidə olunur", - o bildirib.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 9:00-a olan məlumata əsasən, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.
Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 millimetrədək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.