Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yaşayan, əslən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindən olan 1983-cü il təvəllüdlü Anar Mişa oğlu Səmədov avqust ayının 5-də vəfat edib.
Oxu.Az xəbər verir ki, onun gecə saatlarında qıcolmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, o, Birinci Qarabağ müharibəsində ermənilərə əsir düşüb və erməni əsirlərlə mübadilə olunaraq geri qaytarılıb.
A.Səmədovun anası da dünyasını dəyişib, 40 mərasimindən bir gün sonra özü rəhmətə gedib.
Aytac Qasımova