British Council, PAŞA Bank və Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə təşkil olunan “Biznes Jurnalistika” layihəsinin üçüncü mərhələsi başa çatıb.
11 jurnalistin iştirak etdiyi layihə çərçivəsində təlimlər Thomson Foundation təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis Den Meyson tərəfindən keçirilir. Jurnalistlər arasında Oxu.Az-ın əməkdaşı Cəmilə Babayeva da var.
21-25 fevral tarixində keçirilmiş üçüncü təlim müddətində jurnalistlər sosial medianın yeni alətləri, bloqlarla işlə bağlı yeni biliklər əldə ediblər.
Mərhələ çərçivəsində iştirakçılar həmçinin “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova ilə görüş keçirib. Görüş zamanı Sona Abbasova jurnalistləri maraqlandıran suallara cavab verib.
Təlim iştirakçıları üçün həmçinin Azercell şirkətinin Telefon mərkəzi və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-yə səfər təşkil olunub.
“Biznes Jurnalistika” layihəsinin növbəti sonuncu mərhələsi jurnalistlərin 22-29 mart tarixində Londona səfəri olacaq. Təşkilatçılar jurnalistlərin London səfərinin proqramını yekunlaşdırmaq üzrədirlər.
www.oxu.az