“Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığımıza töhfə verəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb:
“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahları qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir.
Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarını qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb.
O əlavə edib ki, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.
BMT rəsmisi Azərbaycanda erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən DANIŞDI - VİDEO
İlhamə Əbülfət
Rəylər