Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin(NİİM) 326 ədəd Video Aşkarlayıcı Kameralar quraşdırılıb.
Oxu.Az-ın NİİM-də əldə etdiyi məlumata görə, bu kameralarən funksiyası, müəyyən edilmiş ərazidə bir dəqiqə ərzində nəqliyyat vasitələrinin orta hərəkət sürəti, sayı və həcmi haqqında məlumat toplamasıdı.
Nəzərinizə çatdıraq ki, bu kameralar vastəsilə konkret olaraq bir avtomobilin sürətini müəyənləşdirmək mümkün deyil. Yəni, bu qurğunun funksiyası radardan çox fərqlənir.
Video Aşkarlayıcı Kameralar sadəcə olaraq, nəqliyyat axınının vəziyyəti haqqında məlumat toplayır və Mərkəzdə emal olunaraq Elektron İnformasiya Tabloları, NİİM-in veb səhifəsi və mobil proqram təminatı vasitəsilə sürücülərə çatdırılır.