Bakı bulvarının kənarında tikilən piyada keçidi 8 eskalatorlu olacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşəcək keçidin ümumi uzunluğu 280 metr olacaq:
“Keçidin eni 8, hündürlüyü isə 3,2 metr olacaq. 4 giriş-çıxışı olacaq keçiddə 8 eskalatorun quraşdırılması planlaşdırılır. Giriş-çıxışlardan biri Ağ şəhərə, biri Boks Federasiyasının binasının qarşısına, digər ikisi isə yeni bulvara olacaq”.
Qeyd edək ki, keçidin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılıb.