Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
!["Bütün qəbirlər suyun içindədir" - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu](https://images.oxu.az/2025/02/07/BRXVvTkZiVcwHM9A572gKMEB9mVZri67KmnEsRWO:1200.jpg)
"Bütün qəbirlər suyun içindədir" - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu
İntensiv yağışlar nəticəsində Lənkəranın Şiləvar kəndi ərazisində yerləşən qəbiristanlığa su dolub.
Nəticədə, onlarla qəbir su altında qalıb, bir neçəsinə ziyan dəyib.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, məzarlığa ziyarətə gələn rayon sakini Hüseyn Ağayev qohumunun qəbrini tapa bilmədiyini söyləyib:
"Gəlib gördüm ki, qəbirlər suyun içindədir, keçmək mümkün deyil, qəbirləri tapmaq olmur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri də gəlib, suyu boşaltmağa kömək edirlər".
"Qəbiristanlığı su basıb. Məzarlığa girmək mümkün deyil. Hamısı suyun içindədir, təzə qəbirlər də çöküb", - rayon sakini Kamran Muradov deyib.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları əraziyə cəlb olunub, problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/_KFIIEAd-wM/sddefault.jpg)
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Yağışda avtomobili idarə etmək: Yolda riskləri necə azaltmalı?
- Masazır sakinlərinin bitməyən kanalizasiya problemi: "Mişardaşı döşəmişik ki, işə gedə bilək"
- Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
- Masazırda küçələri su basdı: 25 nəfər təxliyə edildi - RƏSMİ
- Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
Rəylər