Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifəsindən azad edilib.
Oxu.Az yenilik.az saytına istinadan xəbər verir ki, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, buna qədər Füzuli və Cəbrayıl rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.