Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.
Hadisə anının görüntülərini təqdim edirik:
Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - ANBAAN VİDEO
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12