Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, havanın temperaturunun gecə 15-19, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti 21-24 dərəcə olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.