"Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökumə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün II Fəxri xiyabanda Milli qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
O bildirib ki, bu, 200 ildən bir baş verən hadisədir: "Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər.
Hökumə uşaqlıqdan, tələbəlikdən səbirli insan idi. Təyyarə qəzasında da o cür səbir nümayiş etdirdi, insanları təşvişə düşməməyə səslədi və qəhrəmanlıqla həlak oldu".
Samir Əli