Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Daxili Qoşunların vəfat edən əsgərinin atası danışdı
Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Nəriman oğlu Qurbanov avqustun 14-də xəstəlikdən vəfat edib.
Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, hadisə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində baş verib.
19 yaşı olan Sərxan Qurbanov əslən Xaçmaz rayonundandır.
Mərhum əsgərin atası, keçmiş hərbçi Nəriman Qurbanov oğlunun hansı xəstəlikdən ölməsi barədə konkret məlumatı olmadığını deyib.
Sərxan Qurbanovun meyiti tibbi-ekspertiza edilib.
Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Nəriman oğlu Qurbanov xəstəlikdən vəfat edib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar