Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dəfələrlə evdən qaçan yeniyetmənin ailəsi tüfeyli həyat tərzi keçirir: Atası intihara cəhd edib
Bir neçə gün öncə Bakının, Nizami rayonunda itkin düşən 11 yaşlı İlkin Sənan oğlu Ruşanov polis əməkdaşları tərəfindən tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə tüfeyli həyat tərzi keçirir, dəmir yığıb satmaqla məşğul olur.
Yeniyetmə dəfələrlə evdən qaçıb. Bu dəfə metronun "20 Yanvar" stansiyası yaxınlığından tapılıb. Məlum olub ki, "Playstation" oynamağa gedib. Elə orada da gecələyib. Təhsildən də yayınıb. Ailəsinə dəmir yığmaqda köməklik göstərir.
Aldığımız məlumata görə, atası oğlunun itkin düşməsi ilə bağlı müvafiq qurumlara müraciət etməyib. Sadəcə "Xəzər" televiziyasında yayımlanan "Təsir dairəsi" verilişinə çıxıb. Yeniyetmənin atası bir müddət öncə özünü maşınların altına ataraq intihara cəhd edib.
Nəzrin Vahid
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Yeddi gündür itkin düşən Reyhanın anası: "Yazışdığı adamlar var idi"
- Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Boden gölünün dəhşətli sirləri: Dayazlaşma 100-dən çox insanla bağlı qorxunc tapıntılara səbəb oldu
- İtkin düşən üçüncü sinif şagirdi tapıldı