Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: “Məktəblərin açılması yoluxma sayını artıracaqsa, bu, kimə lazımdır?”
2 ildir ki, Azərbaycanda onlayn təhsil sisteminə keçid olunub. Müəyyən müddət Azərbaycanda yoluxmanın azalması insanlarda təhsilin ənənəvi formaya keçməsi ilə bağlı düşüncələr yaradıb.
Milli Məclisin təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərov mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib:
“Kim istəyər yoluxanların sayı o qədər artsın ki, ənənəvi tədris başlanmasın?! Yoluxma insan ölümü deməkdir. Hər kəs düşünür ki, yoluxanların sayı azalsın, ənənəvi təhsilə başlayaq.
Bu il 700 bal toplayan abituriyent olmadı. Səbəb nədir? COVID-19. Tədris əvvəlki illərlə müqayisədə çox aşağıdır. Azərbaycanın elə rayonları var ki, orada internet yoxdur, uşaqlar dərslərə qoşula bilmir. Eyni zamanda, müəllim onlayn dərs zamanı şagirdə fikrini çatdıra bilmir. Bu problemləri heç kim inkar edə bilməz”.
Anar İsgəndərov Azərbaycanda normal tədrisə başlamanın vacibliyini, eyni zamanda yoluxma sayının çox olduğunu xatırladıb:
“Ənənəvi tədris yoluxanların sayının artımına gətirib çıxaracaqsa, bu, kimə lazımdır?! Heç kim bir gün sevinmək üçün 10-20 gün xəstə yatmaq istəməz. Biz az itki ilə bu xəstəlikdən çıxmalıyıq.
Təhsillə bağlı bütün işlərimizi qurmuşuq. Həm ənənəvi, həm də onlayn təhsil üçün planlar hazırdır. İnanıram ki, yoluxanlar azalacaq və ənənəvi təhsilə qayıdacağıq”.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər