"Məktəblərdə geyim qaydalarında əsas məsələlərdən biri də geyim formalarının rahat olmasıdır. Vahid formaların olması o baxımdan yaxşıdır ki, şagirdlərə baxanda onun hansı təhsil müəssisəsində olduğu bilinir".
Bu sözləri deputat Ülviyyə Həmzəyeva Baku TV-nin "Aktual Gündəm" verilişinə bildirib.
Deputat məktəbli geyimi barədə: "Hicabın taxılması müəyyən yaşdan sonra olmalıdır"
O vurğulayıb ki, məktəbli geyimləri vahid olmalıdır.
O qeyd edib ki, hicabın taxılması da fərdin öz seçimindən asılı olaraq, müəyyən yaşdan sonra olmalıdır:
"Xüsusən də 18 yaşdan sonra insanlar dini seçimlərini tam və azad şəkildə edə bilərlər".