Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat seçilən gənc vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.
Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.
Məlumata görə, "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, "Ceyranbatan Polimer Materialları" ASC-nin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.