Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputatlar MTK-ların sakinlərdən pul yığmasına etiraz etdi
“Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.
O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: “Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə nəzarət edirlər, bir də 5-7 ildən bir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alırlar”.
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.
E.Ə.