“Forbes Woman” jurnalının Rusiya redaksiyası 2016-cı ildə yüksək gəlir əldə edən yazıçı xanımların siyahısını tərtib edib.
Oxu.Az xəbər verir ki, tam siyahı iyunun 13-də nəşrin saytında dərc edilib.
Birinci yerdə Harri Potter haqqında kitablar seriyasının müəllifi britaniyalı Coan Roulinqdir. Onun keçən il ərzində gəliri 19 milyon dollardan ibarət olub.
İkinci yerdə “İrlandiya ürəkləri”, “Mak-Qreqorlar”, “Gecə hekayələri” və “Stanislavski ailəsi” kimi əsərlərin müəllifi, ABŞ-dan olan yazıçı Nora Roberts tutub. 2016-cı ildə o, 15 milyon dollar qazanıb.
Üçüncü yerdə 15 milyon dollarla amerikalı Daniela Stil (“Ehtirasın vədi”, “Zoya”, “Ailə albomu”) qərar tutub.
S.S.
www.oxu.az