Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dərnəgüldə avtomobil süpürgəçini vurub öldürdü
Noyabrın 6-da, saat 11-də Nərimanov rayonu ərazisindən piyadavurma hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 55 yaşlı şəxsin (qadın cinsli) həkiməqədər ölümü faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Məhərrəm Əliyev
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə piyada E.İrzayevanı vurub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:
"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.
Məhərrəm Əliyev
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI