"Vətənizə qayıdıb ömrümün sonuna qədər orada yaşamaq istəyirəm".
Oxu.Az xəbər verir ki, bu dözləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edən Təranə Fərəc qızı Quliyeva deyib.
O, yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edib:
"Məcburi köçkün olanda 33 yaşım var idi. Şükür Allaha ki, bu günləri görmək bizə nəsib oldu. Doğma yurd-yuvamıza qayıtdığımız üçün çox həyacanlıyam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərmizə cansağlığı versin. İnşallah bundan sonra firavanlıq, sabitlik içində yaşayacağıq".
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə 154 nəfər köçürülüb.