Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.
"Ana harayı"nı ziyarət edənlər arasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər vəzifəli şəxsləri də olublar. Onlar abidə önünə gül dəstələri düzüblər.
Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib. Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Müdafiə Sənayesi Nazirliyinin kollektivi də Xocalı soyqırımı abidəsini ziyarət edib. Faciənin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin kollektivi "Ana harayı" abidəsini ziyarət ediblər, qurbanların əziz xatirələrini dərin ehtiramla anıblar.


















Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri bu gün Bakıda "Ana harayı" abidəsini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, həmçinin baş prokuror Kamran Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Ali Məhkəmənin sədri İnam Kərimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, mədəniyyət naziri Adil Kərimli, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.




















Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, səhiyyə naziri Teymur Musayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və rəhbəri olduqları qurumların nümayəndələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər.





























Dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli və rəhbərlik etdikləri qurumların əməkdaşları abidə önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini yad ediblər.




Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov, baş nazirin müavinləri Şahin Mustafayev, Yaqub Eyyubov, Samir Şərifov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və müavini Mədət Quliyev, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər.

















Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti başlayıb.
Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin nazirliyin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.


Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Aygün Mirakif
Məlik Məlikov